IQNA

Hamburq İslam Mərkəzinin bağlanması Qərbin İslamofobiya layihəsinin bariz nümunəsi

1:12 - August 11, 2024
Xəbər sayı: 3496507
İQNA - Livan Müsəlman Alimlər Məclisi bəyanat yayaraq Hamburq İslam Mərkəzinin və ona bağlı mərkəzlərin Almaniyanın hər yerində bağlanmasını pisləyib.

Xəbərə görə, bu hərəkət Qərb cəmiyyətlərinin, xüsusən də Almaniyanın İslamofobiya layihəsinin bariz nümunəsi kimi qiymətləndirilib.
Almaniya Daxili İşlər Nazirliyi 24 iyul Çərşənbə günü səhər saatlarında ekstremist İslamı təşviq etmək kimi saxta bəhanə ilə Hamburq İslam Mərkəzini və ona bağlı qurumları bağlayıb.
Hamburq İslam Mərkəzi Ayətullah Burucerdinin dəstəyi ilə Hamburq şəhərində yaradılıb və Almaniyanın mühüm və ən qədim İslam mərkəzlərindən biridir.
Hamurq İslam Mərkəzi xalis Məhəmmədi müsəlmanlara müraciət edir və müsəlman vətəndaşlardan yaşadıqları ölkəyə faydalı olmalarını və onun qanunlarından kənara çıxmamalarını istəyir.
Bəyanatda xüsusi xidmət orqanlarının Almaniya hökumətini İslama qarşı düşmənçiliyə görə Hamburq İslam Mərkəzinə qarşı bu düşməncəsinə hərəkətə keçməyə sövq etdiyi bildirilib. Sionist rejimin Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə müsəlmanları və azad dünya xalqını incidən atmosferin Almaniya hökumətinin bu qərarında da təsirli olduğu bildirilib.
Livan Müsəlman Alimlər Şurası bəyanatını belə davam etdirir: Almaniya hökumətinin bu mərkəzi Tehran ideologiyasını yaymaqda, avtoritar və dini hökumət qurmağa çalışmaqda, oxşar təşkilatların hərbi və siyasi ölçüsünü dəstəkləməkdə ittiham etməsi təəssüfverici və çox qəribədir.
Bu arada qərblilər Fələstin davasına, bu ölkə xalqının azadlığına və öz müqəddəratını təyin etməsinə dəstək verən hər hansı bir qrupu düşmən, ekstremist qrup və terror təşkilatı kimi tanıyırlar.
Bəyanatda həmçinin qeyd olunub ki, Almaniyada baş verənlər dialoq, dini dözümlülük və ekstremizmlə mübarizə prinsipi əsasında islamofobiyanın və İslamın yaymağa çalışdığı dini dəyərlər və təlimlərlə mübarizənin bariz nümunəsidir.
4230713

captcha