IQNA

İsrail Qəzzada məktəbə hücum etdi! Ən azı 100 fələstinli şəhid olub

1:22 - August 11, 2024
Xəbər sayı: 3496509
İQNA - Sionist rejim ordusunun Qəzzada köçkünlərin sığındığı məktəbə hücumu nəticəsində azı 100 fələstinli şəhid olub, onlarla fələstinli yaralanıb.

Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumatına görə, sionist rejim ordusu köçkünlərin Qəzzənin şərqindəki Əd-Derak bölgəsində sığındığı Ət-Tabiin məktəbinə hücum edib.
Minlərlə insanın sığındığı məktəbdə səhər namazı qılarkən baş verən hücumda ən azı 100 nəfər şəhid olub, onlarla insan yaralanıb.
Yerli mənbələr hücum nəticəsində cəsədlərin parçalandığını və yanğın nəticəsində yandığını qeyd edib. Mülki müdafiə qruplarının ətrafa səpələnmiş bədən hissələrini toplamaqda çətinlik çəkdiyi bildirilib.
Sionist rejim ordusu Hərbi Hava Qüvvələrinin HƏMAS-ın qərargah kimi istifadə etdiyi Tabiin məktəbini bombaladığını açıqlayıb.

captcha