IQNA

"İsanın hekayəsi" kitabı "Amazon" saytına yüklənib

10:05 - August 12, 2024
Xəbər sayı: 3496514
İQNA – Əbülfəzl Səburinin yazdığı “İsanın hekayəti” ingiliscə kitabı Amazon internet saytına yüklənərək izləyicilərə təqdim edilib.

"Amazon" internet saytında yer alan xəbərə görə, “İsanın hekayəsi” kitabı Quran, Barnaba İncili və dörd İncil əsasında yazılmış və Həzrət İsanın (ə) mövludu ilə başlayır və onun səmaya qalxması ilə bitir.
Bu kitab İncil kimidir və bəzi yerlərdə Həzrət İsanın (ə) Allah və Allahın oğlu olmadığına dair dəlillər ifadə edilir.
Kitabın əsas hissəsi Həzrət İsanın (ə) nəsihət və söhbətlərindən ibarətdir.
1997-ci ildə İmam Sadıq Universitetində təhsil alan Höccətül-İslam vəl-müslimin Əbülfəzl Səburi daha sonra ilahiyyat məktəbində təhsilini davam etdirib və 2011-ci ildən beynəlxalq fəaliyyətə başlayıb.
Kitabın müəllifi hesab edir ki, bu kitab Quranın tematik təfsiridir. Çünki orada Qurani-Kərimdən 1500-dən çox ayə var.
4229453

Teqlər: həzrət isa ، hekayə ، İslam ، kitab
captcha