"Əl-Qəd" saytının verdiyi xəbərə görə, şəhid olan qəzzəlilərdən Əbu Sədə "Zuxruf" surəsinin 74-dən 82-yə qədər olan ayələrini oxuyub: "Günahda ilişib qalanlar, şübhəsiz ki, cəhənnəm əzabında əbədi qalacaqlar, onların əzabı yüngülləşməyəcək və (nicatdan) ümidlərini kəsib susacaqlar!"
"Həqiqətən günahkarlar cəhənnəm əzabında əbədidirlər".
"Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada (nicat tapacaqlarına) ümidsizdirlər".
"Biz onlara zülm etmədik, lakin onlar özləri (özlərinə qarşı) zülmkar idilər".
"Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin.» O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız".
"Biz sizə (siz insanlara dünyada) haqqı (din, kitab və ilahi maarifi) gətirdik, lakin sizin çoxunuzun haqqdan xoşu gəlmirdi".
"Hətta (haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı) daha da artırdılar, Biz də (onlara qarşı hiylə və qəzəbi) artırdıq".
"Yoxsa onlar Bizim onların ürəklərinin sirlərini və pıçıltılarını eşitmədiyimizi güman edirlər? Xeyir (eşidirik)! Bizim onların yanında olan elçilərimiz yazırlar".
"De: Əgər Rəhman Allahın övladı olsaydı, (onun övladlıq haqqını yerinə yetirmək və ibadətin vacibliyində atası ilə şərik olduğu üçün) mən özüm (ona) ilk ibadət edən olardım".
"Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!".
Xatırladaq ki, sionist rejim ordusu şənbə günü səhər namazı vaxtı Qəzzə şəhərinin Əl-Dərəc rayonunda məktəbi bombalayıb, azı 100 fələstinli şəhid olub, yüzlərlə insan isə yaralanıb.
Sionist ordu Qəzzadakı bu məktəbin HƏMAS qüvvələrinin qərargahı olduğunu iddia edir. Şəhid olanların əksəriyyəti uşaqlar və qadınlardır.
4231084