Veto saytının verdiyi xəbərə görə, bir əsrlik yaşı olan Hacıya Faizə yazmağı çox sevir. 10 ay ərzində Qurani-Kərimin tamamını yazmağı bacaran yaşlı qadın, həmçinin Peyğəmbərimizin (s) bir çox hədisini də yazıb.
Buhayra vilayətindən olan Mısırlı yaşlı qadın, ibtidai məktəb yaşından evləndiyi, uşaqları və nəvələri olana qədər yaşadığı şirin anları və ən sevdiyi xatirələri hər cür kağıza, hətta karton kağızlara yazdığını bildirib.
Hacıya Faizə yazmağa olan sevgisini faydalı və dəyərli bir şəkildə istifadə etmək istədiyini bildirərək, ailəsinin təşviqi ilə Qurani-Kərimin tamamını və Peyğəmbərimizin (s) hədislərini yazmaq fikrinin ağlına gəldiyini söyləyir.