Aksiya iştirakçıları Fələstin bayraqları ilə "Bir soyqırım başqasını haqlı çıxarmaz", "Almaniyanın susması suç ortaqlığıdır", "15 min uşaq öldürüldü" və "Bütün valideynlər eyni dildə ağlayır" yazılı pankartlar və plakatlar daşıyıb.
Etiraz aksiyasında "Qətli və müharibəni dayandırın", "Fələstin azad olacaq, görəcəksiniz", "Hamımız Fələstinliyik", "Uşaq qatili İsrail", "Soyqırımı dayandırın" və "İsrail terror dövlətidir" şüarları səsləndirilib.
Bir neçə aksiya iştirakçısı həbs edildi
Aksiya marşrutu üzərində yerləşən Axel Springer Media Group binası önündə toplanan bir qrup, İsrail bayraqlarını qaldıraraq aksiyanı təxribat etməyə cəhd göstərib.
Fələstinə dəstək aksiyasında iştirak edənlər və təxribat törətməyə çalışanlar arasında gərginliyin artmasının qarşısını almaq üçün polis qruplar arasına daxil olub.
Aksiya iştirakçıları bu ərazidə uzun müddət aksiyanı davam etdirib. Polis aksiya sonlandırıldığına dair elan verərək iştirakçılardan ərazini tərk etməyi tələb edib. Bu çağırışa əməl etməyən aksiyaçılar ilə polis arasında zaman-zaman toqquşma baş verib və bir çox aksiya iştirakçısı həbs olunub.