IQNA

Türkiyə: Əli qana batmış Netanyahu ən qısa zamanda cavab verməlidir

10:46 - August 20, 2024
Xəbər sayı: 3496550
IQNA - Türkiyə Xarici İşlər Nazirliyi, "Qəzzada əksəriyyəti uşaq və qadın olmaqla 40 mindən çox günahsız fələstinli qardaşımızı qətlə yetirən İsrail, başda UNRWA işçiləri olmaqla humanitar yardım işçilərini və könüllülərini də ayrı-seçkilik etmədən öldürərək insanlığa qarşı cinayət törətməyə davam edir" bəyanatında bildirib.

TRT Xəbərdə yer alan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin X hesabından 19 Avqust Dünya Humanitar Yardım Günü ilə bağlı paylaşım edilib.

Paylaşımda dünyanın hər bir guşəsində fədakarlıqla fəaliyyət göstərən humanitar yardım işçilərinin minnətdarlıqla anıldığı qeyd edilərək, bunlar vurğulanıb:

"Qəzzada əksəriyyəti uşaq və qadın olmaqla 40 mindən çox günahsız fələstinli qardaşımızı qətlə yetirən İsrail, başda UNRWA (Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və Tikinti Agentliyi) işçiləri olmaqla humanitar yardım işçilərini və könüllülərini də ayrı-seçkilik etmədən öldürərək insanlığa qarşı cinayət törətməyə davam edir."

captcha