Bu mərasimdə Mavritaniya Prezidentinin müşaviri Əhməd Vələd Əl-Nini, Mavritaniya Radiosunun baş direktoru Muhamməd Vələd Əladə, Qurani-Kərim Radiosunun Elmi Şurasının üzvləri və bir çox rəsmi şəxslər və Quran həvəskarları da iştirak ediblər.
Bu zapslar mavritaniyalı alimlərin səyləri sayəsində ölkədə Quran Radiosu Elmi Şurasının İxtisas Komitəsinin nəzarəti altında, bu ölkənin Quran kimliyini qorumaq və canlandırmaq məqsədi ilə, özünəməxsus qiraət üsulu ilə hazırlanmışdır.
Qalun və Nafi, Vərş və Nafi rəvayətlərində Quranın yazılması üçün Mavritaniya Quran Radiosu tərəfindən müvafiq şəraitə malik xüsusi studiya tikilmiş və təchiz edilmişdir.
Quran Radiosunun Elmi Şurasının katibi Məhəmməd Osman cavabdeh şəxslərin dəstəyi sayəsində bu iki müshəfin yazılmasının prioritet olduğunu bildirib.
4233288