IQNA

İşğalçı rejimin İordan çayının qərb sahilindəki qaçqın düşərgəsinə hücumu

6:55 - August 28, 2024
Xəbər sayı: 3496569
İQNA – Sionist rejim ordusunun işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərim şəhərindəki Nur Şəms Qaçqınlar Düşərgəsinə həyata keçirdiyi hava hücumunda 5 fələstinli şəhid olub.

Fələstin Səhiyyə Nazirliyi sionist rejim ordusunun Nur Şəms Qaçqınlar Düşərgəsinə həyata keçirdiyi hava hücumunda 5 fələstinlinin şəhid olduğunu açıqlayıb.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, Tulkərimdə 4 güclü partlayış baş verib.
Sionist rejim ordusunun sözçüsü, Nur Şəms Qaçqınlar Düşərgəsində "əməliyyat otağı" olduğunu iddia etdiyi bir nöqtəni vurduqlarını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahilinin şimalındakı şəhərlər və oradakı qaçqın düşərgələri oktyabrın 7-dən etibarən işğalçı rejimin şiddətli zorakılığına və bölgədəki mülki əhalini cəzalandıran infrastrukturun dağıdılmasına məruz qalıb.

captcha