IQNA

Fələstini dəstəkləyənlərin İsveçrə Xarici İşlər Nazirinə qarşı etirazları

9:17 - August 29, 2024
Xəbər sayı: 3496576
İQNA – İsveçrənin xarici işlər naziri “İsraili dəstəkləyən mövqeyinə” görə BMT qarşısında etiraz edilib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, İsveçrənin xarici işlər naziri İqnazio Kassisə Qəzzada hücumlarını davam etdirən İsrailə dəstək mövqeyinə görə BMT-nin Cenevrə Ofisi qarşısında etiraz edilib.
İsveçrə Xarici İşlər Nazirliyi Cenevrə Konvensiyalarının qəbul edilməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsi qarşısında tədbir təşkil edib.
Kassis çıxış etmək üçün kürsüyə çıxanda ərazidəki 100-ə yaxın nümayişçi Kassisə qarşı və Fələstin xalqına dəstək şüarları səsləndirməyə başlayıb.
Əllərində Fələstin bayraqları tutan nümayişçilər ingilis və fransız dillərində tez-tez "Əməkdaşlıq edən Kassis" və "Sənə ayıb olsun" kimi şüarlar səsləndiriblər.
Bundan əlavə, bir çox nümayişçi yerə uzanaraq, Qəzza zolağında sionist ordu tərəfindən öldürülən şəhidlərə diqqət çəkib.
Nümayişçilər İsveçrə hökumətini sionist rejimin Qəzza zolağındakı qətliamında şərik olmaqda ittiham edib, bəziləri isə xarici işlər nazirini tutduğu vəzifədən istefa etməyə çağırıblar.
Dünyanın bir çox Qərb şəhərlərində və paytaxtlarında Fələstin tərəfdarı nümayişlər davam edir.

4233868

captcha