İmam Hüseyn (ə) Türbəsi internet saytının verdiyi məlumata görə, İmam Hüseyn (ə) Türbəsi Quran İşləri Baş katibi müşaviri Şeyx Həsən Əl-Mənsuri, 5 min nəfərin iştirakı ilə Ərbəin mərasimi zamanı yazılmış Quran nüsxəsinin "Quranla əhd" başlığı altında həyata keçirildiyini bildirib.
Tamamlanmış Quran, Türbədən məsul olan Şeyx Əbdülmehdi Əl-Kərbəlayiyə təhvil verildi. Daha sonra Türbənin muzeyinə göndərildi.
Şeyx Əl-Mənsuri Qurani-Kərimin 360 metr uzunluğunda, hər bir surəsinin isə 12 metr uzunluğunda məxmər parça üzərində yazıldığını bildirib.
Bundan əlavə, Ərbəin ziyarəti zamanı onun tamamilə əl ilə yazılmış ən uzun Quran olduğunu qeyd etdi.
İmam Hüseyn (ə) türbəsinin Quran bölməsinin nəzarəti altında təşkil edilən layihəyə müxtəlif İslam məzhəblərindən olan alim və ruhanilərlə yanaşı, 5 min Ərbəin ziyarətçisi də qatılıb.
4233744