"İQNA", " Əl-Siyasə" saytına istinadən xəbər verir ki, Küveytin 10 böyük tikinti şirkəti Küveytdə Quran mətbəəsi kompleksinin tikinti və təmir planının həyata keçirildiyini açıqlayıb.
On şirkət yekun mərhələyə hazırlaşarkən, yekun seçim tender prosedurları və prinsiplərinə uyğun olaraq, maliyyə və texniki baxımdan təqdim olunan təkliflər arasından Mərkəzi Dövlət Satınalmaları İdarəsi tərəfindən həyata keçiriləcək.
Küveytin ən mühüm Quran layihələrindən biri olan bu layihə 27.200 kvadrat metrlik ərazidə inşa ediləcək.
Bu kompleksin dizaynı orijinal İslam memarlığının xüsusiyyətlərinə uyğun hazırlanacaq, çap və nəşriyyat sahəsində müasir texnologiyalardan istifadə olunacaq.
Bu mərkəzdə bir milyon nüsxə Qurani-Kərimin çapı nəzərdə tutulub. Həmçinin hər il 10 milyon nüsxə Qurani-Kərimin digər elm və təfsir sahəsindəki kitablarla birlikdə çapı da nəzərdə tutulub.
4233945