Presstv-nin verdiyi məlumata görə, iyulun sonunda Almaniya polisi ölkənin müxtəlif şəhərlərində bir çox məscidi, o cümlədən Hamburqdakı İmam Əli (ə) məscidini, Frankfurt və Berlindəki dini mərkəzləri bağlayıb.
Frankfurt Məscidi qarşısında etirazçılardan biri, "Mən uşaqlığımdan bu məsciddə keçirilən müxtəlif mərasimlərdə iştirak edirdim, amma indi məscid bağlıdır və mən bayırda dayanıb qapıların açılması üçün hakimiyyətə etirazımı bildirmək məcburiyyətində qalıram" dedi.
Son bir neçə həftə ərzində Almaniyanın müxtəlif şəhərlərində məscidlərin və dini mərkəzlərin bağlanmasına qarşı çoxsaylı nümayişlər keçirilib.
Berlində keçirilən nümayişlərdə “Məscidlərimizdən əl çək”, “Almaniyada bütün dinlərə azadlıq” kimi şüarlar səsləndirilib.
Frankfurtda nümayişçi bildirib ki, din azadlığı onların haqqıdır, lakin indiki vaxtda məscidlərin qapıları heç bir izahat verilmədən bağlı olduğu üçün bu hüquq uğrunda mübarizə aparmalı olurlar.
Nümayişçilər məscidlərin qapılarının bağlanmasının Almaniya konstitusiyasına zidd olduğunu deyirlər.
Nümayişçilər ümid edirlər ki, etirazlar Almaniya hökumətinin məscidlərlə bağlı qərarının yenilənməsinə və nəhayət, yaxın həftələrdə bu ölkədəki bütün dini və islami mərkəzlərin qapılarının açılmasına səbəb olacaq.
Növbəti nümayişin Hamburqda keçirilməsi planlaşdırılır.
4234776