Yeni tədris ilinin başlaması ilə birlikdə Amsterdam Universitetinin Roeterseiland (UvA) şəhərciyinə toplaşan yüzlərlə tələbə və alim universitet rəhbərliyini İsrail institutları ilə əlaqələrini kəsmədiyi üçün tənqid edib.
UvA rəhbərliyi tələbələr şəhərciyə toplaşdıqdan sonra ehtiyat tədbiri olaraq əsas girişini bağlasa da, düşərgə ətrafında çoxlu polis məmurları yerləşdirilib.
Tələbələr, baraban çalaraq və Fələstinə dəstək şüarları ataraq, polisdən şəhərciyi tərk etməsini istəyib.
Fələstin bayraqları dalğalandıran nümayişçilər "UvA: Yalanları dayandırın, bütün əlaqələri kəsin", "İndi Fələstinə azadlıq", "İsraili boykot edin" və "Akademiklər Fələstin üçün", "Çaydan dənizə Fələstini azad edin", "1948-ci ildən" yazılan plakatlar qaldırıblar. "İsrail irqçi dövlətdir", "Sionizm çökməlidir" kimi şüarlar səsləndiriblər.
Nümayişçilər daha sonra şəhər mərkəzinə gedib və Spui küçəsindəki UvA-nın Maagdenhuis binasının qarşısına toplaşıblar. Burada da tələbələr bir müddət şüar və etirazlarını davam etdirərək nümayişi bitiriblər.
Ötən həftə kiçik qrup Amsterdam Azad Universitetində (VU) tədris ilinin açılışında nümayiş keçirib.