IQNA

İsrail Qəzza zolağında 24 saat ərzində 37 fələstinlini öldürüb

19:45 - September 07, 2024
Xəbər sayı: 3496638
İQNA - Sionist İsrail ordusunun cümə günü səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 37 fələstinli həyatını itirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi xəbərə görə, Qəzza zolağının şimalında, şənbə günü gecə yarısından az sonra Cibəliyyə bölgəsində köçkün fələstinlilərin çadırlarının yerləşdiyi Həlimə Əs-Sədiya məktəbinə pilotsuz təyyarə ilə raket hücumu nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb.
İsrailin Nuseyrat Qaçqınlar Düşərgəsinin qərbindəki bir evə hücumu nəticəsində həyatını itirən 5 nəfərin cənazəsi Əl-Əqsa Şəhidləri Xəstəxanasına gətirilib. İsrail qüvvələrinin intensiv bombardmanlarına məruz qalan Zeytun rayonunun cənub-şərqindəki ərazilərdə də böyük partlayışlar baş verib.
Xan Yunusun cənubunda, Kaul-Qurayn bölgəsində bir evin vurulması nəticəsində ölən və yaralananlar da olub.
İsrailin Qəzza şəhərinin qərbindəki Ən-Nəsr bölgəsində yaşayış binasını hədəf aldığı hücumda aralarında uşaqlar da daxil olmaqla çox sayda insan həyatını itirib.
İsrailin cümə günü səhər saatlarından Qəzza zolağına etdiyi hücumlarda azı 37 nəfər həyatını itirib.

captcha