IQNA

Ekspertlər Hindistan müsəlmanlarının vəziyyəti ilə bağlı xəbərdarlıq edir

20:16 - September 07, 2024
Xəbər sayı: 3496640
İQNA – Bir qrup ekspert son illərdə Hindistanda müsəlmanlara qarşı ayrı-seçkilik və hücumlardan müsəlmanları qorumaq üçün beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.

"İQNA", "Əl-Ümmət" saytına istinadən xəbər verir ki, Analitiklər və siyasi ekspertlər Narendra Modi rejimi altında Hindistanda müsəlmanlara qarşı təqiblərin təhlükəli artmasına qarşı xəbərdarlıq ediblər.
Modi vəzifəyə gəldikdən sonra müsəlmanlara qarşı hücumlar artıb. Hindutva fəalları da daim Hindistan müsəlman icmasını hədəfə alırlar.
Təhlilçilər zorakılığın artmasına misal olaraq 2020-ci ildə Dehli iğtişaşları və Madhya Pradeş əyalətindəki Xarqunidə müsəlman evlərinin dağıdılmasını qeyd ediblər.
Bharatiya Janata Partiyasının rəhbərlik etdiyi hökumət hinduların üstünlüyünü dəstəkləyir. Bu, həyatın bütün sahələrində müsəlmanlara qarşı ayrı-seçkiliyə gətirib çıxarır.
Hindistanda müsəlmanlar Bharatiya Janata Partiyasının idarə etdiyi əyalətlərdə təhdid, təzyiq və zorakılıqla üzləşirlər.
Hindistanda İslam əleyhinə əhval-ruhiyyə zorakılığa çevrilib və Hinduva liderləri açıq şəkildə müsəlmanlara qarşı kütləvi qətllərə və zorakılığa çağırırlar.
Müsəlmanlara qarşı hücumların artması qlobal sülh və təhlükəsizliyə əsas təhlükə yaradan hindutva ideologiyasının artan təsirinin bariz əlamətidir.
Buna görə də ekspertlər Hindistanda müsəlmanlara qarşı soyqırımın yaxınlaşması ilə bağlı xəbərdarlıq edərək, BMT başda olmaqla beynəlxalq ictimaiyyəti Hindistanda müsəlmanlara qarşı nifrət cinayətlərini dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıblar.
4235135

captcha