IQNA

İordaniya Qüdsdəki müqəddəs yerlərin yəhudiləşdirilməsinə qarşı xəbərdarlıq edir

2:45 - September 08, 2024
Xəbər sayı: 3496642
İQNA – İordaniyanın Vəqflər Nazirliyi Qüdsdə İslam və Xristianların müqəddəs yerlərinin yəhudiləşdirilməsinin artması ilə bağlı xəbərdarlıq edib.

Əl-Ərəbinin verdiyi məlumata görə, Nazirlik ərəb və islam xalqlarını öz öhdəliklərini yerinə yetirməyə və sionist işğalçılara Məscidül-Əqsada hökmranlıq cəhdlərinə son qoymaları üçün təzyiq göstərməyə çağırıb.
Nazirlik, eyni zamanda, Qüdsdəki İslam və Xristian dini obyektlərində yəhudiləşmə prosesinin güclənməsinə qarşı xəbərdarlıq edərək, mövcud vəziyyəti bu yerlərin tarixi və hüquqi statusunun dəyişdirilməsi istiqamətində atılan ən təhlükəli addımlardan biri kimi qiymətləndirib.
Qüdsün vəqflər, dini işlər və müqəddəs yerlər naziri işğalçı rejimin Məscidül-Əqsaya qarşı təcavüzünü artırmasını və sionist rejim polisinin ifratçı yəhudilərə hücuma icazə verməsini qətiyyətlə pisləyib.
O, həmçinin müsəlmanların Məscidül-Əqsaya getməsinə mane olmaq və onları ibadət hüququndan məhrum etmənin nəticələri barədə xəbərdarlıq edib.
Nazir nəhayət, buranın müsəlmanlar və yəhudilər arasında bölünməsini qəbul etmədiklərini vurğulayıb.
4235133

captcha