IQNA

Sionist rejimin Suriyaya hava hücumu

9:16 - September 10, 2024
Xəbər sayı: 3496657
İQNA - Suriya mediası sionist rejimin bu ölkəyə hava hücumu təşkil etdiyini bildirib. Ən azı 5 nəfərin şəhid olduğu və 19 nəfərin yaralandığı açıqlanıb.

"Əl-Məyadin"-in verdiyi məlumata görə, sionist rejim döyüş təyyarələri Livanın cənub sahillərindən Suriyanın şərq və şimalına raket zərbələri endirib.
Sionist düşmən Həma ətrafında yerləşən Məsyaf şəhəri yaxınlığında raket hücumu həyata keçirib.
KİV-in məlumatına görə, sionist rejimin hücumlarının əsas səbəbi Məsyaf şəhəri yaxınlığında yerləşən elmi tədqiqat mərkəzi və Suriyanın müdafiə laboratoriyası obyektlərinin hədəfə alınması olub.
Həma yaxınlığında yerləşən Məsyaf şəhər xəstəxanasının direktoru Feysəl Heyder ötən gecə sionist rejimin hücumu nəticəsində azı 5 nəfərin şəhid olduğu və 19 nəfərin yaralandığını açıqlayıb.

captcha