Kəşmirin Cammu bölgəsində yerləşən Mirpurda dünyanın ən böyük Quranı olduğu deyilən Qurani-Kərimin nadir əlyazma nüsxəsi sərgilənib.
Quran, şəhərdəki Kəşmir Mətbuat Klubunda (KPC) nümayiş etdirilir.
Uzunluğu 41 fut və eni 8,5 fut olan bu Quran, məşhur din alimi və xəttat Pir İmtiaz Haider Şah Nurani Mujadadi tərəfindən yazılmışdır.
Bazar günü başlayan üç günlük sərgi ziyarətçilərə urdu tərcüməsi ilə birlikdə tam əlyazmanı görməyə imkan verəcək. Bu sərgi geniş ictimaiyyət, o cümlədən din alimləri, tələbələr və müxtəlif təbəqələrdən olan insanlar üçün açıqdır.
Müxtəlif təbəqələrdən və dinlərdən olan çoxlu sayda insan əlyazma nüsxəsini ziyarət etmək üçün Mirpurdakı Kəşmir Mətbuat Klubunu ziyarət etdi.
Bu əsərin xəttatlığı Pir İmtiaz Haider Şah Nurani Mujadadi bildirib ki, bu əlyazmanı tamamlamaq üçün 425 gün, toplanması isə üç ay çəkib. Bu Quran artıq Pakistanın müxtəlif şəhərlərində nümayiş etdirilib və indi ilk dəfə Mirpurdadır.
O əlavə etdi: "Kəşmirin Mirpur Mətbuat Klubunda Qurani-Kərimin dünyanın ən böyük nüsxəsinin üç günlük ictimai sərgisinin keçirilməsi ümumən bütün bəşəriyyət və özəlliklə də bütün İslam ümməti üçün nemət və şərəfdir".
Bu Quran artıq Pəncab, Sind və Müzəffərabadın müxtəlif şəhərlərində ictimaiyyətə nümayiş etdirilib.
4235708