IQNA

Roma Papası Fransisk sionistlərin Qəzzə məktəblərini bombalanmasını pisləyib

12:11 - September 15, 2024
Xəbər sayı: 3496684
İQNA - Dünya katoliklərinin lideri Roma Papası Fransisk sionist rejim tərəfindən fələstinli uşaqların öldürülməsini pisləyib və bu rejim tərəfindən məktəblərin bombalamasını mənfur əməl kimi qiymətləndirib.

Dünya katoliklərinin lideri Papa Fransisk Cənub-Şərqi Asiya və Okeaniyaya 12 günlük səfərindən sonra keçirdiyi mətbuat konfransında Qəzza zolağındakı katolik icmasının üzvləri ilə hər gün telefonla danışdığını bildirib.
O əlavə etdi: "Hansısa partizan qüvvələrinin olması şübhəsi ilə məktəbi bombalayırlar, uşaqların cəsədlərini gördükdə bunun, çirkin bir hərəkət olduğu ayınlaşır".
Dünya katoliklərinin lideri bəyan edib: "Bəzən düşünürəm ki, bu müharibə həddi aşdı, bunu deməyim üçün üzr istəyirəm. Amma sülh üçün addım atacaqlarını düşünmürəm".
Dünya katoliklərinin lideri bundan əvvəl dərhal atəşkəs, məhbusların azad edilməsi və Qəzzəyə humanitar yardımların çatdırılmasını istəyib və deyib: "Qəzzada poliomielit də daxil olmaqla bir çox xəstəlik yayılmaqdadır".
Qüdsün xristianların, yəhudilərin və müsəlmanların hörmət və qəbul edildiyi bir yerdə yaşaması lazım olduğunu vurğulayaraq dedi: "Müqəddəs torpaqlarda sülh olsun".
Papanın bəyanatı cümə günü Aİ-nin xarici siyasət rəhbəri Josep Borrellin Qəzzada atəşkəsə nail olmaq üçün kollektiv fəaliyyətə çağırdığı bir vaxta təsadüf edir.
4236401

captcha