Əl-Məyadin-in verdiyi məlumata görə, Livan Hizbullah Hərəkatı Qəzzada cəsur Fələstin müqavimətinə və qətiyyətli insanlara dəstək olmaq üçün Əl-Cəlil ordusunun qərargahlarına və işğalçı rejimin logistika anbarlarına onlarla raket ataraq bəyanat yayıb. Onlar bunu, sionist rejimin Livanın cənub bölgələrində həyata keçirdiyi sui-qəsdlərə cavab vermək məqsədi ilə etdiklərini bildiriblər.
Livan İslami Müqaviməti ayrı bir bəyanatda sionistlərin Rəisatul-Aləm mövqeyinə doğru irəliləyən işğalçılara məxsus Merkava tankının idarə olunan raketlə hədəfə alındığını elan edib.
Xəbər mənbələri, Livanın cənubundan gələn raket atışlarının ardınca işğal olunmuş Fələstinin şimalında Əl-Cəlildə təhlükə zənginin səsinin eşidildiyini bildirib.