IQNA

Uqandada Şəhid İsmayıl Həniyyə məscidinin tikintisinə başlanılıb

1:50 - September 19, 2024
Xəbər sayı: 3496709
İQNA – Karvan Ümid Vəqfi Uqandada Şəhid İsmayıl Həniyyə məscidinin tikintisi layihəsinin başladığını açıqlayıb.

İlkha xəbər saytının verdiyi məlumata görə, Türkiyənin ən məşhur yardım təşkilatlarından biri olan Karvan Ümid Vəqfi bu layihəni həyata keçirmək üçün Uqandaya gedərək Şəhid İsmayıl Həniyyə məscidinin tikintisinin təməlini qoyub.
Ümid Vəqfi Başçısı Məhəmməd Nurullah Günaydın Şəhid İsmayıl Həniyyə məscidinin tikintisi üçün lazım olan ianələri topladıqdan sonra bu məscidin tikinti planını vətəndaşların ehtiyaclarına uyğun hazırlamaq qərarına gəldiklərini bildirdi.
4236942

captcha