IQNA

Seyid Həsən Nəsrullah: "İsrailin hücumları cavabsız qalmayacaq"

11:01 - September 20, 2024
Xəbər sayı: 3496713
İQNA - Hizbullahın baş katibi Həsən Nəsrullah Livanda radio və peycer partlayışlarından sonra canlı yayımda açıqlama verib.

"Əl-Mənar"ın verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bölgədəki son hadisələrlə bağlı çıxışına başlayıb.
Seyid Həsən Nəsrullah çıxışında sionist düşmənlə müharibədə şəhid olan müqavimət qüvvələrini yad edib və başsağlığı verib. Nəsrullah Livan dövlətinə, tibb mərkəzlərinə, xəstəxanalara və həkimlərə başda göz zədələri ilə mübarizə aparan çoxsaylı yaralıları qəbul etdikləri üçün də təşəkkür edib. Nəsrullah Livan tarixində ən böyük qanvermə əməliyyatına şahid olduqlarını bildirib.
Qan verən hər kəsə təşəkkür edən Nəsrullah Livanda tökülən çoxlu qanlar sayəsində bir daha böyük bir humanitar və əxlaqi dastan yaşandığını vurğuladı.
Nəsrullahın açıqlamaları:
"Baş verənlərin nemətlərindən biri də ondan ibarətdir ki, biz milli və humanitar müstəvidə görünməmiş böyük bir mənəvi dastanın şahidi oluruq. İsrail minlərlə peyceri partlatmaqla qırmızı xətləri pozub. Düşmən heç nəyi vecinə almadan minlərlə peycerləri eyni anda hədəfə alıb. Hizbullah üzvlərinə 4 mindən çox peycer paylanıb. Yəni 1 dəqiqə ərzində eyni anda 4 min insanı öldürmək istəyirdilər. Düşmən Mülki ərazilərdə peycerlərin olmasını vecinə almayıb. Çərşənbə axşamı və çərşənbə günü edilən hücumlar qətliam idi. Hücumların bəziləri xəstəxanalarda, apteklərdə, bazarlarda, mağazalarda və hətta minlərlə mülki vətəndaşın, qadın və uşağın yerləşdiyi yaşayış yerlərində, şəxsi avtomobillərdə və ictimai yollarda həyata keçirilib. Bu, böyük bir terror əməliyyatıdır, qətliamdır. Müharibə elan etmək deməkdir.
Biz çoxsaylı daxili istintaq komitələri yaratdıq və bütün ssenariləri araşdırdıq. Demək olar ki, qəti nəticəyə gəldik. Şübhə yoxdur ki, biz müqavimət tariximizdə və bəlkə də düşmənlə qarşıdurma tariximizdə görünməmiş böyük bir təhlükəsizlik və humanitar zərbə aldıq. Bu, bizi diz çökdürmədi. Bu, bizim üçün bir dərs oldu. Biz daha güclü və davamlı qayıdacağıq. Düşmənimizin düşüncə tərzini başa düşməyimiz çox vacibdir. Biz çox ağır zərbə almışıq, lakin bu, müharibə vəziyyətidir və biz başa düşürük ki, düşmən texnoloji üstünlüyə malikdir, xüsusən də Amerika və Qərb tərəfindən dəstəklənir.
Biz bütün təhlükələri dəf etməyə daha çox qadir olacağıq. Cəbhəmiz çox təsirli idi və düşmənə təzyiq göstərirdi. Bunun sübutu düşmənin əməlləridir. Livan Cəbhəsi Fələstin müqavimətinin malik olduğu ən mühüm danışıqlar vasitələrindən biridir. Düşmənə təzyiqin ən mühüm elementlərindən biri və ən mühüm aşınma cəbhələrindən biri də Livan cəbhəsidir. Onlar şimalı itirməkdən danışır və hərbi problemlərlə üzləşdiklərini deyirlər. İsrail Baş Qərargah rəisinin keçmiş müavini şimalda baş verənləri İsrail üçün tarixi məğlubiyyət kimi qiymətləndirib. Çərşənbə axşamı rəsmi və qeyri-rəsmi kanallardan hücumun məqsədinin Livan cəbhəsini dayandırmaq olduğuna dair mesajlar gəlib. Biz bu təhdidlərə boyun əyə və ya Qəzzaya dəstəyi dayandıra bilmərik. Bu hücumlar cavabsız qalmayacaq, biz İsrailə lazımi cavabı verəcəyik".

captcha