"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters İsrailin Qəzza zolağında normaları ciddi şəkildə pozduğunu vurğulayıb.
Yerli bir radiostansiyaya verdiyi müsahibədə Peters Qəzzada mövcud vəziyyətə son qoymaq üçün hər şeyin edilməli olduğunu vurğulayıb.
Bundan əlavə, İsrailin özünümüdafiə hüququndan istifadə etməsi ilə bağlı suala cavab olaraq, bu qədər günahsız insanın qurban olduğu halda İsrailin bu bəhanə ilə davam edə bilməyəcəyini bildirib.
Peters deyib ki, iki dövlətli həll yolu yeganə daimi və ədalətli həll yoludur.
Ötən mart ayında Yeni Zelandiya deputatları sionist rejimin fələstinlilərə qarşı davam edən hücumları qarşısında Qəzza zolağı sakinlərinin dəstəyini qazanmaq üçün parlamentə ərizə təqdim etmişdilər.
İşçi Partiyasından olan millət vəkili Phil Twyford-a göndərilən müraciətdə Yeni Zelandiya hökumətindən beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməsi, Fələstin xalqının hüquqlarını dəstəkləməsi və İsrailin hərbi cinayətlərini pisləməsi istənilib.
Oktyabrın 7-dən İsrailin Qəzzada apardığı dağıdıcı müharibədə bir çox mülki şəxs, xüsusilə də qadın və uşaqlar zərər görüb. Qəzzada dağıntılarla yanaşı, epidemiyalar da tüğyan edir.
Bütün bunlara baxmayaraq, İsrail BMT Təhlükəsizlik Şurasının hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qətnaməsinə və Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımın qarşısının alınması və Qəzzada fəlakətli humanitar vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görməsinə dair qərarlarına məhəl qoymur.
4237760