IQNA

BƏƏ festivalında nümayiş etdirilən 10 cildlik əlyazma Qurani-Kərim nüsxəsi

9:43 - September 25, 2024
Xəbər sayı: 3496744
İQNA – BƏƏ-nin Füceyrə şəhərində keçirilən üçüncü Bədr festivalında Qurani-Kərimin nadir 10 cildlik əlyazma nüsxəsi sərgilənib.

"İQNA", "Ae.24" saytına istinadən xəbər verir ki, bu Quran nüsxəsi Füceyrə vəliəhdi Məhəmməd Həmid Şarkinin qiymətli əsərlərindən biridir və Füceyrə İnnovasiya Mərkəzində keçirilən üçüncü Bədr festivalında nümayiş etdirilir.
BƏƏ-nin şərq sahilində, Oman körfəzi boyunca yerləşən Füceyrə Fars körfəzi və Oman körfəzi boyunca sahil xətti olan yeganə əmirlikdir. Füceyrə 1165 kvadrat kilometr ərazini əhatə edir və təxminən 277 min nəfər əhaliyə sahibdir.
Sərgi ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu əlyazmanın sərgilənməsində məqsəd İslam incəsənəti mədəniyyətini qorumaq və gələcək nəsillərə çatdırılmasını gücləndirməkdir.
Festivalın baş katibi Həmid Əl-Bukeyşi bildirib ki, builki Bədr festivalında səkkiz il ərzində ustad xəttatlar tərəfindən 10 cilddə yazılmış nadir Quran sərgisi keçirilib.
Eyni şəkildə, hər cilddə üç hissədən ibarət olan bu Quran nüsxələrinin istedadlı xəttatlar tərəfindən hazırlandığını, ərəb xəttatlığının və İslam bəzəklərinin gözəlliyini əks etdirdiyini bildirdi.
Festivalın baş katibi Qurani-Kərimin hər cildinin xəttatlıq və bəzəmək baxımından fərqli olduğunu, bu nüsxənin İslam dövrlərinə uyğun xəttatlıq növünə görə unikal olduğunu qeyd edib.
Məsələn, bu nüsxə şərqi kufi yazısı və səlcuq cildi ilə başlayır. İkinci cild Məmlüklər dövründə geniş yayılmış sülüs-mühəkkik xətti ilə yazılmışdır.
Füceyrə festivalı sentyabrın 12-də başlayıb və sentyabrın 26-dək davam edəcək.
Bu tədbirə həmçinin müxtəlif proqramlar, o cümlədən İslam incəsənəti ilə maraqlananlar üçün sənət seminarları daxildir.
4237941

captcha