IQNA

Misirdə “Qurana hörmət” kampaniyasına start verilir

8:31 - October 02, 2024
Xəbər sayı: 3496787
İQNA - Əl-Əzhər İslam Araşdırmalar Şurası Qurani-Kərimə hörmətlə bağlı ümummilli kampaniyaya başlayıb.

"Əl-Yəvm Əl-Sabə" saytının verdiyi xəbərə görə, bu kampaniya Qurana ehtiramı gücləndirmək, Vəhy kəlamının sonsuz möcüzələrini izah etmək, Quranın bəzi ayələri və hökmləri ilə bağlı şübhələri aradan qaldırmaq üçün başlayıb.
Əl-Əzhər Şeyxinin Qurani-Kərimə hörmətlə bağlı açıqlamalarından sonra başlayan kampaniyada Əl-Əzhər təbliğçiləri ictimaiyyətlə üz-üzə və ya internet vasitəsilə əlaqə saxlayacaqlar.
Əl-Əzhər İslam Araşdırma Şurasının baş katibi Məhəmməd Əl-Kondi “Bu, Qurani-Kərimdir” kampaniyasının bir ay davam edəcəyini bildirib.
O bildirib ki, kampaniyanın məqsədi məscidlər, məktəblər, mərkəzlər və universitetlər, eləcə də sosial şəbəkələr vasitəsilə maarifləndirici mesajlar göndərməkdir.
Kampaniyanın digər məqsədləri isə Quranın məfhum və məqsəd dərkinin institutsionallaşdırılması, Quran əxlaqı ilə bəzədilməsinin zəruriliyini vurğulamaq, cəmiyyəti Quran əxlaqına riayət etməyə istiqamətləndirmək kimi elan edilib.
Bu kontekstdə Əl-Əzhər İslami Araşdırmalar Şurasının baş katibinin müavini Mahmud Əl-Həvari kampaniyanın altı əsas ox üzərində cəmləndiyini bildirib. Bunlar belədir: Quranın şərəf və ləyaqəti, Quranın mesajının əhatəliliyi, şübhələrə vcavab verilməsi, əxlaqın təbliği, Quranın izzətinin ucaldılması, elm və alimlərin fəzilətlərin vurğulanmasıdır.
4239069

captcha