IQNA

İranlı qari Xorvatiya Beynəlxalq Quran Müsabiqəsində üçüncü olub

8:34 - October 02, 2024
Xəbər sayı: 3496788
İQNA – İran təmsilçisi Xorvatiyada keçirilən beynəlxalq Qurani-Kərim yarışmasında üçüncü olub.

Xorvatiyada keçirilən 38-ci Beynəlxalq Quran Müsabiqəsinin bağlanış mərasimi sentyabrın 28-də qaliblərin elan edilməsi ilə başa çatıb.
İran adından təhqiq qiraəti kateqoriyasında yarışan Yusif Cəfərzadə Türkiyə və İndoneziya təmsilçilərindən sonra üçüncü olub.
İran təmsilçisi Mehdi Məhdəvi bütün Quran hifzi kateqoriyasında yer ala bilməyib.
Sentyabrın 26-da Zaqrebdə başlayan beynəlxalq Quran müsabiqəsi şənbə gecəsi keçirilən mükafatlandırma mərasimi ilə başa çatıb.
4239361

captcha