IQNA

Həmas İranın raket hücumunu alqışlayıb

2:08 - October 03, 2024
Xəbər sayı: 3496793
İQNA – Həmas İranın İsrailə raket hücumu ilə bağlı açıqlama verib. Hücumu “qəhrəmanlıq” adlandıran Həmas İranı tərifləyib.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, HƏMAS İranın İsrailə raket hücumunu yüksək qiymətləndirib və Tehranın bu hücumu Hizbullahın baş katibi Həsən Nəsrullahın ötən cümə və HƏMAS lideri İsmayıl Həniyyənin iyulda terror edilməsinə cavab olaraq həyata keçirdiyini açıqlayıb.
İslami müqavimət hərəkatı HƏMAS İranı sionist rejimin Fələstin və Livana qarşı cinayətlərinə raketlərlə cavab verdiyinə görə təbrik edib.
Həmas İslami Müqavimət Hərəkatı bəyanat verərək, sionist düşmənin bölgə xalqına qarşı davamlı cinayətlərinə cavab olaraq İran İslam Respublikası İnqilab Keşikçiləri Ordusunun İsrailə qarşı həyata keçirdiyi hücumu alqışladıqlarını bildirib.
Şəhid İsmayıl Həniyyə, Həsən Nəsrullah və Abbas Nilfuruşanın qanlarının yerdə qalmadığı, qisaslarının alındığı da qeyd edilib.
Yəmən Ənsarullahının sözçüsü Məhəmməd Əbdüs-Salam da İranın İsrailin hərbi obyektlərini ballistik raketlərlə hədəfə alaraq cavab verdiyinə görə təbrik edib.
Sionist rejim mediası İrandan İsrailə doğru 200-ə yaxın ballistik raketin atıldığını təxmin edib.
Sionist mənbələrin hesablamalarına görə, işğal olunmuş ərazilərdə təhlükə zəngləri təxminən 1800 dəfə səslənib.
Sionist rejimin 13-cü kanalının müxbiri İran raketlərinin hərbi bazaları hədəfə aldığını və mülki vətəndaşları hədəf almadığını açıqlayıb.
4240058

captcha