IQNA

Tailand kralı Milli Quran müsabiqəsinin qaliblərini mükafatlandırıb

2:58 - October 05, 2024
Xəbər sayı: 3496798
İQNA – Taylandda keçirilən 17-ci Milli Quran tilavəti müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Xəbərə görə, Patani Mərkəzi Məscidində təşkil edilən mükafatlandırma mərasimində Tayland kralı 10-cu Rama da iştirak edib.
Quran müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə yanaşı, İslam komitəsi üzvləri və yaxşı fəaliyyət göstərən icma imamlarına da mükafatlar və fəxri lövhələr verilib.
Mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb, ayələr kral üçün tay dilinə tərcümə edilib.
Taylandın kralı və kraliçası daha sonra “Bir məktəb ölkə üçün yaxşı insanlar yetişdirsin” sərgisi və digər layihələrlə tanış olublar.
4239637

captcha