IQNA

BƏƏ-də Quranın 20 əlyazma nüsxəsi sərgilənir

23:45 - October 05, 2024
Xəbər sayı: 3496801
İQNA – BƏƏ-nin Şarcə Quran Məclisi Qurani-Kərimin 20 nadir əlyazmasını sərgiləyib.

"Əl-Bəyan" saytının verdiyi xəbərə görə, sentyabrın 30-da Şarcə Quran Məclisində Quranın mədəni irsi və elmlərini qorumaq məqsədilə açılan sərgi oktyabrın 3-də başa çatıb.
Sərgidə Quran ayələrinin 20-yə yaxın nadir əlyazması nümayiş olunub. Bu Quran nüsxələrinin yaşı min ildən çox əvvələ, hicri ikinci və üçüncü əsrlərə aiddir.
Sərgi ziyarətçiləri Quran elmləri və mədəniyyəti ilə tanış olmaq, Quran elmləri, tarix və sivilizasiyaya dair biliklərini gücləndirmək imkanı əldə edəcəklər.
Şarcə Quran Assambleyasının baş katibi Abdulla Xələf Hüsni bu məclisin Quran tədqiqatçıları mütəxəssisləri ilə qarşılıqlı əlaqədə rolundan danışıb. Bu Assambleyanın Quran sənədlərinin və əlyazmalarının sənədləşdirilməsi sahəsində qurumlar, universitetlər və təşkilatlarla əməkdaşlığı gücləndirmək, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının Quran və mədəniyyət sərvətlərinə çıxışını asanlaşdırmaq məqsədi ilə təşkil edildiyini bildirib.
4240274

captcha