IQNA

Misir müftisi dinlərarası dialoqun vacibliyini vurğulayıb

1:39 - October 06, 2024
Xəbər sayı: 3496810
İQNA – Misir müftisi qlobal çağırışlarla mübarizə və dinc yanaşı yaşamaq üçün dinlərarası dialoqun zəruri olduğunu vurğulayıb.

"Əl-Yəvmus-Sabi" saytının verdiyi xəbərə görə, Nazir Əyyad bu barədə Misir Xarici İşlər Nazirliyinin qərargahında keçirilən müxtəlif dinlərin nümayəndələri arasında birgə fəaliyyətlərin əlaqələndirmə toplantısında bildirib.
Müfti bəyan edib ki, dinlərarası dialoq artıq bir seçim deyil, dünyada mövcud çağırışları nəzərə alaraq təcili ehtiyacdır.
O, həmçinin əlavə edib ki, müxtəlif dinlərin ardıcılları arasında möhkəm münasibətlərin saxlanması dinc yanaşı yaşayışı təmin etmək, nifaq və nifrət yaymaq cəhdlərinə qarşı ən yaxşı yoldur.
Nazir Əyyad ilahi dinlərin ədalət, mərhəmət və dinc yaşamaq kimi ortaq bəşəri dəyərlərin həyata keçirilməsində həmfikir olduğunu bildirərək, bu ümumi dəyərlərin yayılması üçün hər kəsin səy göstərməli olduğunu bildirib.
Misir müftisi diqqətə çatdırıb ki, ilahi fərmanlarla razılaşdırılmış məqsədlər cəmiyyətin nizam və sabitliyinin təmin olunmasının əsasını təşkil edir.
O, həmçinin bəyan edib ki, müsəlmanlar və qeyri-müsəlmanlar əməkdaşlıq və qarşılıqlı anlaşmanı artırmalı və fikirlərini bir-birinə yaxınlaşdırmaq üçün birgə proqramlar hazırlamalıdırlar.
Kilsələr və məscidlər arasında ortaq proqramlar və qarşılıqlı səfərlər də daxil olmaqla əməkdaşlığın genişləndirilməsi lazım olduğunu bildirən Əyyad sosial şəbəkələrdən və elektron platformalardan yararlanmağın vacibliyindən danışıb.
Misir müftisi çıxışının sonunda hər cür azğın və ifrat davranışlara qarşı ilk maneə kimi mənəvi dəyərlərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
4240345

Teqlər: misir ، dialoq ، müfti ، sülh
captcha