İslam İnkişaf Nazirliyindən (JAKİM) verilən məlumata görə, müsabiqə iki kateqoriya üzrə keçirilir: Quran hifzi və qiraəti.
Açılış mərasimi Malayziyanın baş naziri Ənvər İbrahimin iştirakı ilə yerli vaxtla saat 21:00-da Kuala Lumpur Dünya Ticarət Mərkəzində keçirilib.
Müsabiqə 5-12 oktyabr tarixləri arasında səhər hifz, axşam isə qiraət kateqoriyası ilə keçiriləcək.
64-cü Malayziya Beynəlxalq Quran Yarışmasında hər il ənənə halını alan təhqiq tilavəti sahəsinə iştirakçıları dəvət etməklə yanaşı, bu il ilk dəfə olaraq Quran hifzi sahəsinə də yarışçılar dəvət olunub.
Müvafiq olaraq, Həmidrza Nasiri və Kərim Məhəmmədzadə Zahidi İranı təmsil etmək üçün yarışacaqlar.
4240664