"İQNA"-nın "Bərnama"-ya istinadən verdiyi məlumata görə, Malayziyanın baş naziri Ənvər İbrahim Kuala Lumpur Dünya Ticarət Mərkəzində ölkənin 64-cü Quran hifzi və qiraəti müsabiqəsinin açılışında deyib: "İslam ölkələri arasında çaşqınlıq və parçalanma düşmənlərin hücum, təhqir və hökmranlıq faktoruna çevrilə bilər. Necə ki, Qəzzədə, Fələstində və indi də Livanda bunu görürük".
O, vurğuladı: "Müsəlmanlar daim qətiyyətli olmalı və davamlı iqtisadiyyatın inkişafı üçün mühüm ilkin şərt olan birliyin mənası və zəruriliyini dərk etməlidirlər".
O, əlavə etdi: "Müsəlmanlar hər hansı bir hərəkətdə anlayış, səbir və nəzakətə malik olmalıdırlar, çünki planlaşdırma növbəti addımın əsasını təşkil edəcəkdir. Ona görə də biz hökumətimizdə ölkəmizdə müsəlmanlarla qeyri-müsəlmanlar arasında möhkəm birlik yaratmaqla, anlaşma və sülhü təmin etməklə başladıq".
O, dedi: "Bu, sabit və təkcə güclü iqtisadiyyat üçün ilkin şərtdir; şəhər, kənd və ucqar ərazilərdəki yoxsullar və özünü təcrid olunmuş hiss edən digər icmalar rahatlıq və güvən tapmalıdırlar".
Bundan əlavə, Malayziyanın baş naziri xalqdan onun hökumətinin irəli sürdüyü sivil millət anlayışını başa düşməyi istəyib, çünki bir çox ölkələrdə belə bir yanaşma yoxdur.
O, davam sözlərinə belə davam etdi: "Mən kollektiv hikmət və ağıl istəyirəm ki, sivil millət anlayışı başa düşülsün".
Ənvər həmçinin müsəlmanları yeni elm və texnologiyaları öyrənməyə dəvət etdi, çünki bu, onların indi və gələcəkdə gücləndirəcək. O deyib: "Buna görə də hökumət ölkə daxilində Quran hifzi məktəblərinin 200 minə yaxın şagirdinin enerji, rəqəmsal və süni intellekt (AI) kimi müxtəlif sahələrdə texniki bacarıqlarla tanış olmasını təmin etmək öhdəliyi götürür".
Baş nazir, həmçinin bu ölkənin 64-cü Quran müsabiqəsinin müsəlman icmasının statusunu yüksək və təqdirəlayiq səviyyəyə qaldıracağına ümid etdiyini bildirib.
64-cü dəfə keçirilən bu müsabiqə "Malayziya sivilizasiyasının hərəkətverici qüvvəsi olan Əl-Fəlah" şüarı ilə 71 ölkədən 92 iştirakçının, o cümlədən qiraət üzrə 53, hifz üzrə 39 təmsilçinin iştirakı ilə keçiriləcək.
Malayziya kralı Sultan İbrahim və onun xanımı, Malayziya kraliçası Raca Zəris Sufiə mükafatlandırma mərasimini oktyabrın 12-də keçirəcəklər.
4240823