"İQNA"-nın Pakistanın Səsinə istinadən verdiyi məlumata görə, digər təhqir və nifrət dolu çıxışında Uttar-Pradeş əyalətində yaşayan hindu rahibi Yati Narasinqanand İslam dinini və Məhəmməd peyğəmbəri (s) təhqir edib.
Bu hindu keşişi Hindistan müsəlmanlarına qarşı nifrət və təhqiramiz ifadələrini təkrarlayaraq, hakim Bharatiya Janata Partiyasının siyasətinə görə effektiv şəkildə həll olunmayan çoxsaylı şikayətlərlə üzləşib.
O, son sözlərində deyib: "Dusira şənliyində heykəl yandırılacaqsa, Məhəmmədin heykəlini yandırın".
Çoxsaylı şikayətlərə baxmayaraq, bu hindu rahibi nifrət dolu çıxışlar etməkdə davam edir və polis ona qarşı heç bir tədbir görmür.
Bu, son iki ayda Məhəmməd Peyğəmbərin (s) təhqir olunduğu ikinci belə hadisədir.
Avqustun 16-da Ramgiri adlı başqa bir hindu rahibi Maharaştrada xalq qarşısında çıxış edərək Həzrət Məhəmmədi (s) təhqir edib.
İslam Peyğəmbərinin ifratçı hindular tərəfindən təhqir edilməsi hallarının artması çox həssas məsələ və təxribat xarakterli cinayətdir və Narendra Modi hökumətinin fəaliyyətsizliyi ucbatından bu cinayətin törədilməsi davam edir.
Modi hökumətinin bu hindu cinayətkarlarına toxunulmazlıq verməsi ilə Hindistanda Məhəmməd Peyğəmbəri (s) təhqir edənlərin sayı artır.
4241004