IQNA

Antalyada 600 illik tarixi olan məscidin yenidən açılışı olub

5:13 - October 09, 2024
Xəbər sayı: 3496832
İQNA - Türkiyənin Antalya şəhərindəki 600 illik Sarı Hacılar məscidi bərpa işləri başa çatdıqdan sonra yenidən istifadəyə verilib və on minlərlə turisti qəbul edir.

"İQNA"-nın "Daily Sabah"-a istinadən verdiyi məlumata görə, Türkiyənin cənub-qərbində Antalyanın Akski rayonunda yerləşən 600 illik Sarı Hacılar məscidi ziyarətçiləri tarixin qəlbinə səyahətə çıxarır.
Bu tarixi məscidin əsas mehrabı, minbəri və günbəzi var ki, onlar bu günə qədər tamamilə qorunub saxlanılıb.
Məscidin divarları İslam motivləri ilə bəzədilmişdir ki, bu da ağac üzərində oymalarla yanaşı onun səs keyfiyyətini artırır.
Antalya Vəqflər Region Müdirliyi tərəfindən 2019-cu ildə başlanan 600 illik Sarı Hacılar Məscidinin bərpa işləri xüsusi memarlıq üslubunu qoruyub.
Mütəxəssislər taxta damı, zəif divarları, həyətin döşəməsini və dəstəmazxanasını yenidən qurmuşlar. Bu çoxəsrlik irsin gələcək nəsillərə ötürülməsi səylərinə məscidin ətrafında abadlıq işlərinin başa çatdırılması və dekorativ xüsusiyyətlərinin qorunub saxlanılması da daxildir.
Akustik xüsusiyyətləri ilə seçilən məscidin bərpası rayon turizminə kömək edir, yerli və xarici turistlərin çox gəldikləri məkanına çevrilib.
Sarı Hacılar kəndi Mədəni Həmrəylik və Turizm Dərnəyinin rəhbəri Məhmət (Məhəmməd) Orxan Can buranın türk məscidləri arasında 600 illik zəngin tarixə malik olduğunu vurğulayıb. Bu tarixi məscidin bərpa işlərinə Antalya Vəqflər İdarəsi tərəfindən 2019-cu ilin sonunda başladıldığına işarə edərək dedi: "Bərpa işlərinə 2019-cu ilin sonunda başlanılıb və 18 ay davam edəcəyi gözlənilirdi, lakin Korona epidemiyası səbəbindən bərpa prosesi uzadıldı və indi məscid yenidən ibadət üçün açılıb".
O, davam sözünə belə etdi: "Bu məscid özünəməxsus memarlığı və sənət əsərləri ilə bir sənət əsəridir". O əlavə etdi: "Bu məscid mehrab, tavan, qapı və pəncərələrin bəzədilməsinə görə bədii dəyərə malikdir. Onun xaricində Anadolu Səlcuqlu dövrünə aid əlamətlər var və biz bunun Anadolu Səlcuqlu dövrünə aid olduğunu düşünürük".
Orxan Can əlavə edib: "Məscidin bəzədilməsində istifadə olunan rənglər təbiidir və bərpa zamanı mehrabdan Quran ayələri çıxıb, orijinal halına qaytarılıb."
O əlavə etdi: "Həmçinin 1917-ci ildə Sultan 5-ci Məhəmməd Rəşadın şəxsən məscidə bağışladığı bayraq və Kəbə örtüyünün bir parçası da turizm idarəsində təmir olunur və bərpa işləri başa çatdıqdan sonra bu işlər məscidə qaytarılacaqdır".
4241048

captcha