IQNA

Bölgənin katoliklərinə ünvanlanmış məktubda deyilir;

Papa beynəlxalq ictimaiyyətin müharibəni dayandıra bilməməsini tənqid edib

5:16 - October 09, 2024
Xəbər sayı: 3496833
İQNA - Dünya katoliklərinin lideri Papa Fransisk bölgədəki katoliklərə ünvanladığı açıq məktubda Qəzza zolağında Fələstin xalqının dərdlərinə şərik çıxaraq beynəlxalq ictimaiyyətin müharibəni dayandıra bilməməsini biabırçılıq kimi qiymətləndirib.

Açıq məktubda Papa Fransisk beynəlxalq ictimaiyyətin Yaxın Şərqdə müharibəni dayandırmaqdakı biabırçı acizliyini tənqid edib.
Bölgə katoliklərinə ünvanladığı bu məktubda o deyib: "Bir il əvvəl müharibə qığılcımı alovlanmışdı, lakin hələ də şiddət spiralında bu qığılcım partlayır və yayılır".
Dünya katolik lideri bu məktubda yazıbı: "Görünür, bəşəriyyətin ən çox ehtiyac duyduğu və arzuladığı şeylər, yəni dialoq və sülh haqqında az adam maraqlanır. Zorakılıq heç vaxt sülh gətirmir. Tarix bunu sübut etdi, amma deyəsən, illərlə qarşıdurma bizə heç nə öyrətməyib".
Fransisk məktubunda birbaşa Qəzza xalqına yazır: "Mən sizinlə birlikdəyəm ki, evlərinizi, məktəbi və işi tərk edib və bombardmandan sığınacaq tapmaq məcburiyyətində qalırsınız. Mən sizinləyəm ki, od yağışından qorxaraq səmaya baxmaqdan qorxursunuz".
Bazar ertəsi gününü katolik ardıcılları üçün dünya miqyasında oruc tutmaq və sülh üçün dua etmək günü elan edən Fransisk son həftələrdə Həmas ilə sionist rejim arasında baş verən qarşıdurmadan daha açıq danışıb və onun bu rejimin cinayətlərinə qarşı tənqidləri artıb.
Bundan əvvəl Roma Papası İsrail rejiminin Livandakı hərəkətlərini "qəbuledilməz" adlandırıb və beynəlxalq ictimaiyyətdən müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.
4241182

captcha