IQNA

14:08 - October 09, 2024
Xəbər sayı: 3496835

Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

İQNA - Səudiyyə Ərəbistanının kralı Salman Ciddədəki kral klinikasında "yüksək qızdırma" ilə müalicə olunub. Salman üzərində bəzi testlərin aparılacağı bildirilib.

Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının 88 yaşlı kralı Salman ibn Əbdüləziz Əl-Səudun “yüksək hərarət və oynaq ağrısı” şikayətləri həkimləri təşvişə salıb.
Kral Salman ibn Əbdüləziz sonuncu dəfə aprel ayında adi müayinədən keçmək üçün klinikaya daxil olub.
Səudiyyə Ərəbistanı kralı 2015-ci ildən taxtda olsa da, onun oğlu 38 yaşlı Məhəmməd ibn Salman 2017-ci ildə vəliəhd elan edilib.
4241025

captcha