IQNA

Ərəb Liqası: "İsrail Qəzzanın şimalında soyqırım törədib insanları sürgün etməyi hədəfləyir"

10:50 - October 17, 2024
Xəbər sayı: 3496878
İQNA - Ərəb Liqası bildirib ki, İsrail fələstinliləri sürgün etmək planlarına uyğun olaraq Qəzza zolağının şimalında soyqırımı davam etdirir.

Ərəb Liqasından verilən yazılı açıqlamaya görə, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt İsrail ordusunun Qəzza zolağının şimalında, xüsusilə də Cibaliya bölgəsində həyata keçirdiyi hücumları şiddətlə qınayıb.
"Dünyanın Livanda törədilən cinayətlərə diqqət yetirməsindən istifadə edən İsrailin Qəzzada rüsvayçı cinayətlərinə yenilərini də əlavə etdiyini" vurğulayan Əbu Qeyt, "İsrail bu hücumlarla Qəzza zolağının şimalının əlaqəsini digər bölgələrdə kəsməyi bütün fələstinliləri köçürmək və sürgün etməyi planlaşdırır" dedi.
Əbu Qeyt bildirib ki, Təl-Əviv rəhbərliyi Qəzzada yaşayan fələstinlilərə qarşı qida və su kimi əsas ləvazimatların getməsinə mane olaraq son dərəcə qəddar siyasət yürüdür.
İsrail ordusu 10 gündür Qəzza zolağının şimalında Cibaliya Qaçqınlar Düşərgəsi, Beyt Lahiya və Beyt Hanun ərazilərinə qurudan və havadan hücumlarını davam etdirərkən bölgəni ciddi blokadaya alır.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 227 fələstinli ölüb, 98 min 464 nəfər yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

captcha