IQNA

Malayziya Quran yarışmasında Fələstinə dəstək

10:53 - October 17, 2024
Xəbər sayı: 3496879
İQNA – İslam dünyasının ən mühüm və ən qədim Quran hadisəsi olan 64-cü Malayziya Qurani-Kərim yarışmasında Fələstinə dəstək açıq-aydın görünürdü.

"İQNA"-nın verdiyi məlumata görə, dünyanın ilk və ən qədim Quran yarışı olan Malayziyanın 64-cü Qurani-Kərim yarışı kişi və qadın qari və hafizlərin iştirakı ilə 14-21 oktyabr tarixlərində Kuala Lumpurda keçirilib.
Builki müsabiqənin diqqətəlayiq və mühüm məqamı Fələstinə dəstək məsələsi idi. İcraçıların, iştirakçıların, zaldakı tamaşaçıların və hətta münsiflər heyətinin üzvlərinin Fələstin bayrağı və rəmzlərindən istifadə etməsi, surudun oxunması, Fələstin və Qəzza məsələsi ilə bağlı şeirlər səsləndirilməsi və kliplərin göstərilməsi bu hadisədə çox aydın görünürdü.
Builki müsabiqənin açılış mərasimində çıxış edən Malayziyanın Baş naziri Ənvər İbrahim deyib: "İslam ölkələri arasında çaşqınlıq və parçalanma düşmənlərin hücumları, təhqirləri və hökmranlığı faktoruna çevrilə bilər, çünki Qəzzada, Fələstində və indi də Livanda buna şahid oluruq. Müsəlmanlar hər zaman qətiyyətli olmalı və davamlı iqtisadiyyatın inkişafı üçün mühüm ilkin şərt olan birliyin mənasını və zəruriliyini dərk etməlidirlər".
Ənvər müsəlmanları yeni elm və texnologiyaları öyrənməyə çağırıb, çünki bu, onların güclərini artıracaq deyərək əlavə edib: "Bu səbəbdən hökumət Malayziyanın Quran əzbərləmə məktəblərində təxminən 200 min şagirdin enerji, rəqəmsal və süni intellekt (AI) kimi müxtəlif sahələrdə texniki bacarıqlara yiyələnməsini təmin etmək öhdəliyi götürüb".
Qeyd edək ki, 64-cü Malayziya Quran Yarışması 71 ölkədən 92 iştirakçının iştirakı ilə keçirilib.
4242055

captcha