IQNA

Şeyx Əli Karadaği Hindistanda müsəlmanların öldürülməsinə reaksiya verib

10:35 - October 18, 2024
Xəbər sayı: 3496881
İQNA- Dünya Müsəlman Alimləri Assosiasiyasının Sədri Hindistan müsəlmanlarının öldürülməsini bütün dini təlimlərin və əxlaqi dəyərlərin pozulması kimi qiymətləndirib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Dünya Müsəlman Alimləri Birliyinin sədri Şeyx Əli Karadaği X platformasındakı şəxsi səhifəsində Hindistanda müsəlmanların öldürülməsini pisləyib və bu hərəkətləri bütün sivil dəyərlərdən uzaq kimi qiymətləndirib.
Karadaği bu vəhşi və çirkin hərəkətlərin insan haqlarının, bütün dini təlimlərin və əxlaqi dəyərlərin açıq şəkildə pozulması olduğunu bildirib.
O, həmçinin beynəlxalq ictimaiyyətdən Hindistandakı müsəlmanların hüquqlarını dəstəkləmək və cəmiyyətin sabitliyi və təhlükəsizliyinə təhdid yaradan bu cinayətləri dayandırmaq üçün qətiyyətli mövqe tutmasını istəyib.
Həmçinin sülh və ədaləti təmin etmək üçün cəmiyyətin bütün təbəqələri arasında dialoqa, və birgəyaşayışa təşviq edilməsinə çağırıb.


4242405

captcha