"South China Morning Post" xəbər verir ki, bu İslam qurumunun baş meneceri turizmlə əlaqəli müəssisələri Yaxın Şərq və Cənub-Şərqi Asiyadan gələn turistlərə xüsusi diqqət yetirməyə və müsəlman turistlərə daha yaxşı xidmət göstərməyə təşviq edib.
Halal yeməklər təqdim edən restoranların siyahısının hazırlanması, mehmanxana kimi ticarət müəssisələrinin ibadət otaqları və digər obyektlərlə təmin olunmasına təşviq edilməsi kimi təkliflər də səsləndirilib.
Honq-Konq İslam İcması Fondunun İdarə Heyətinin sədri Səid Əl-Din bu qurumun dövlət qurumları əvəzinə şəhərin halal sertifikatlaşdırma prosesini yoxladığını bildirərək halal sertifikatla bağlı çoxlu müraciətlərin olduğunu bildirib.
Bu ayın əvvəlində Honq Konq Turizm Şurası (HKTB) Səudiyyə Ərəbistanı və BƏƏ-nin turizm qurumlarının iştirakı ilə Ər-Riyad və Dubayda Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri ilə ilk görüşlərini keçirib.
Tədbirdə Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrindən 200-dən çox turizm agentliyi iştirak edib. Bu, onlara Honq-Konqun varlı turistlər üçün nəzərdə tutulmuş özəl obyektləri haqqında daha dərin biliklər verdi.
4243347