IQNA

Kaliforniyada məscidlərdə "Açıq Qapı Günü" tədbiri keçirilib

3:41 - October 24, 2024
Xəbər sayı: 3496921
İQNA - Kaliforniyanın La Mirada şəhərindəki məsciddə bir qrup dini lider və ictimai fəalın iştirakı ilə "Açıq Qapı Günü" tədbiri keçirilib.

"Whittierdailynews" saytının verdiyi xəbərə görə, bir qrup dini lider bazar günü, oktyabrın 20-də La Mirada məscidində keçirilən “Açıq Qapı Günü” tədbirində iştirak edib.
Bu tədbir 2011-ci ildən hər il keçirilir. Bölgədəki Müsəlman Sosial Xidmətlər İnstitutunun prezidenti və məscidə cavabdeh Məhəmməd Rəhman izah edib ki, bu görüşün məqsədi cəmiyyətlər arasında körpülər qurmaq, İslamı daha yaxşı başa düşmək və islamofobiyanı azaltmaqdır.
Ədliyyə Departamentinin keçən il, o cümlədən Qəzza müharibəsinin başlaması ilə bağlı nifrət cinayətlərini araşdıran son hesabatına görə, müsəlmanlara münasibət keçən il Kaliforniyada və bütün ölkədə mənfi olub.
Hesabatda müsəlman qruplara qarşı hücumların sayının 2022-ci ildəki 25-dən 2023-cü ildə 40-a yüksəldiyi, antisemit təəssübkeşliyin isə 52,9 faiz artdığı qeyd edilib. Dini motivli nifrət cinayətlərində də 30% artım var.
"Açıq qapı günü" tədbirinin hər il təşkil edilməsinin zəruriliyini dilə gətirən Rəhman bütün dinlərdən olan insanları, o cümlədən xristian, yəhudi, müsəlman və digər təbəqələri İslam dinini öyrənməyə dəvət edib.
Rəhman deyib ki, Amerika-İslam Əlaqələri Şurası, xristian və katolik kilsələrinin rəhbərləri və digər dini fəallar da mərasimə dəstək olmaq üçün gəliblər.
Eyni şəkildə, La Miranda məscidində  islamafobiyanı pisləmək üçün dini liderlərin bir araya gəldiyi sülh yürüşü proqramına ev sahibliyi etdi.
4243519

captcha