"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə alman xalqının 60 faizi sionist rejimin silahlandırılmasına qarşıdır.
Almaniyanın “Forsa” tədqiqat şirkətinin oktyabrın 17 və 18-də apardığı araşdırmaya görə, alman xalqının yalnız 31 faizi sionist rejimin silahlandırılmasını dəstəkləyir.
Sorğu 7 min nəfərlə telefon danışıqları vasitəsilə aparılıb və sorğuda iştirak edənlərin 75 faizi işğal rejiminə silah ixracına qarşı olduğunu göstərib.
Almaniya ABŞ-dan sonra sionistlərə dəstək verən ikinci qərb ölkəsidir. Son səkkiz həftə ərzində Berlin İsrailə 31 milyon avro dəyərində silah və hərbi texnika satmağa razılaşıb.
İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi oktyabrın 16-da İsrailə 45,74 milyon avro dəyərində silah və hərbi texnika satmağa razılaşdığını açıqlayıb.
Ötən may ayında Almaniya Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Qəzzada hərbi cinayətlər törətməkdə ittiham olunaraq İsrailin baş naziri və müdafiə nazirinin həbsinə order verilməsi tələbini tənqid edib.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, Qəzza zolağına davamlı hücumlar nəticəsində ölənlərin sayı 42 mini keçib, 100 min yaralı və dağıntılar altında qalan minlərlə insan var.
4243849