Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi sionist rejimin İrana qarşı həyata keçirdiyi hərbi hücumu pisləyib və bu hərəkəti İranın suverenliyini pozan, beynəlxalq hüquq və qaydalara zidd addım kimi qiymətləndirib.
Ər-Riyad bəyanatında regional gərginliyə son qoyulması və münaqişələrin yayılmasının qarşısının alınmasının zəruriliyi ilə bağlı mövqeyini vurğulayaraq, bu gərginliyin region ölkələri və xalqlarının təhlükəsizliyini və sabitliyini təhdid etdiyini bildirib.