Cənubi Afrika Xarici İşlər Nazirliyinin bəyanatında İsrailin Qəzzada törətdiyi soyqırım fəaliyyətləri və Livandakı bombardmanlarına toxunaraq, Tel-Əvivin bu hərəkətlərinin Yaxın Şərqdə ağır humanitar böhrana səbəb olduğu bildirilib.
Cənubi Afrika Xarici İşlər Nazirliyi dərhal atəşkəsə və Qəzza xalqına humanitar yardımın çatdırılmasına zəmanət verməyə çağırıb və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2735 (2024) saylı qətnaməsinin dərhal icrasını tələb edib.
Açıqlamada İsrail ordusunun son üç həftədə Qəzzanın şimalında həyata keçirdiyi quru əməliyyatı və xüsusilə Kamel Advan xəstəxanasına edilən hücumlardan bəhs edilib. Nazirlik 44 tibb işçisinin saxlanmasını və Qəzza zolağında səhiyyə ocaqlarının sistemli şəkildə dağıdılmasını beynəlxalq humanitar hüququn ciddi pozulması kimi qiymətləndirib.
İsrailin Qəzzaya yardımların girişini demək olar ki, tamamilə əngəllədiyini, yalnız məhdud su və qida paylanmasına icazə verdiyini xatırladan Cənubi Afrika Xarici İşlər Nazirliyi Qəzza və Livana qarşı hava hücumları, pilotsuz uçuş aparatları əməliyyatları və quru əməliyyatlarını dərhal dayandırmağa çağırıb.