"İQNA"-nın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qüds və Məscidül-Əqsanın müdafiəsini müsəlmanlar üçün dini bir məsuliyyət hesab edən Beynəlxalq Müsəlman Alimləri Birliyi (İUMS) bəyanat yayaraq sionist rejimin şənbə günü səhər İrana qarşı təcavüzkar hərəkətini pisləyib.
Bu qrup öz bəyanatında işğalçı rejimin təcavüzünü daha geniş regional münaqişələri alovlandırmaq təhlükəsi yaradan cinayət əməli adlandırıb.
Beynəlxalq Müsəlman Alimləri Birliyi daha sonra beynəlxalq ictimaiyyətin sionist rejimin zülmü qarşısında susqunluğunu rüsvayçılıq adlandırıb. Bu qrup həmçinin İslam xalqlarını və azad insanları bu təcavüzlə mübarizə üçün təcili tədbirlər görməyə çağırıb.
Sözügedən birlik həmçinin sionist rejimin sərhədləri aşkar şəkildə pozması və İrana qarşı təcavüzünə toxunaraq, sionistlərin Qəzzə zolağı və Livana vəhşicəsinə hücumlarının genişlənməsindən narahatlığını bildirib.
Təşkilat Qəzzada fələstinli qaçqınlara sığınacaq verən xəstəxanalar, yaşayış binaları, məscidlər və məktəblər kimi mülki infrastruktur obyektlərinə edilən hücumlara işarə edərək sionist rejimin beynəlxalq qanunları və BMT normalarını pozduğunu vurğulayıb.
Birlik gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili beynəlxalq müdaxilənin zəruriliyini vurğuladı və davamlı hərəkətsizliyin regionda daha da qeyri-sabitliyə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq etdi.
4244619