"Şahab News" saytının verdiyi məlumata görə, İsrail Ordusu Radiosu Tel-Əviv və Vaşinqtonun İranda iki israilli pilotu xilas etmək planının olduğunu və hücum uğursuz olarsa, onu həyata keçirəcəklərini açıqlayıb.
İsrail Radio və Televiziyası Natenyahunun kabinetindəki nazirlərin İrana reaksiyalarının İranın İsrailə hücumları ilə mütənasib olmadığını bildirib.
İsrail ordusu, İranın ayın əvvəlində İsrailə raket hücumuna cavab olaraq, şənbə günü səhər saatlarında İrandakı hərbi obyektlərə bir sıra hava hücumları təşkil etdiyini və hərbi obyektləri hədəf aldığını bildirib.
İran rəsmiləri hava hücumundan müdafiə sisteminin İsrailin Tehran, Xuzistan və İlam əyalətlərindəki hərbi hədəflərə hücumlarına uğurla cavab verdiyini və bəzi bölgələrdə yalnız "məhdud ziyan" vurduğunu iddia etdi.
4244640