"Frans24"-ün verdiyi məlumata görə, Fransa oktyabrın 24-də keçirilən bu beynəlxalq toplantıda Livana humanitar yardımı artırmaq yollarını araşdırıb.
Sionist rejim beynəlxalq ictimaiyyətin dəfələrlə tələblərinə baxmayaraq, Livanın müxtəlif bölgələrini bombalayır. Hizbullah və İsrail arasında atəşkəs və ya sülhün əldə olunması ehtimalı çox da ümidverici deyil.
Xarici işlər naziri Jan-Noel Barro RTL televiziyasına bildirib ki, yardım konfransında təxminən 70 ölkə və 15 beynəlxalq təşkilat iştirak edib.
Fransa xarici işlər naziri Livanın baş naziri ilə Fransa prezidentinin görüşdüyünü də bildirib.
4244085