"Əl-Alukə" saytının verdiyi xəbərə görə, Bolqarıstan Respublikasının cənubunda yerləşən Kırcali şəhərində keçirilən seminar təlimatçıların elmi səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Bu təlim seminarı Kırcaali Darul-İftası rəhbərliyinin nəzarəti altında keçirilib. Seminarda Kırcaali Müftisi və camaat imamları qonaqların sual və təkliflərini cavablandırıblar.
Bununla yanaşı, seminarda məktəblərdə Quran dərslərinin tədrisinə dair elmi dərslər və müəllimlərin təlim metodları müzakirə olunub.
Eynilə seminarda 4-6 yaş arası uşaqların maarifləndirilməsi ilə bağlı seminar keçirilib.
Seminarın məruzəçilərindən olan Sabiha Yılmaz Qurani-Kərim dərslərinin tələbələrin yaş və ehtiyaclarına uyğun fərqli tədris proqramlarının olmasının vacibliyinə diqqət çəkib.
Digər çıxış edən Bətul Engin İslamda cənazələrin yuyulması və basdırılması kimi məsələlərlə bağlı açıqlama verib.
Təlim seminarının sonunda iştirakçılara sertifikatlar təqdim olunub. İştirakçılar Kırcali şəhərində yeni məscidə də baş çəkiblər.
4244890