İşğalçı sionist rejim Qəzzə sektorunu hədəfə alır. Beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq bölgədə intensiv hücumlarını davam etdirən işğalçı qüvvələr dinc insanları hədəfə alaraq bölgədə sözün əsl mənasında soyqırımı həyata keçirirlər.
Fələstin Səhiyyə Nazirliyinin bəyanatında sionist rejim ordusunun son 24 saat ərzində həyata keçirdiyi 5 hücumda 102 fələstinlinin şəhid olduğu, 287 fələstinlinin isə yaralandığı qeyd edilib.
Nazirlik bildirib ki, sionist rejimin Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı 43 min 163 nəfərə, yaralıların sayı isə 101 min 510 nəfərə çatıb.